Yuxarı

Azərbaycanda kredit kartlarının sayı kəskin azalıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma 40%-ə çatıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan kredit kartlarının ümumi sayı kəskin azalaraq cari il martın 1-nə 792 min ədəd təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu da ilin əvvəlindən 218 min ədəd və ya 22%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 527 min ədəd və ya 40% azalma deməkdir.

Hesabata əsasən, martın 1-i vəziyyətinə dövriyyədə ümumilikdə 5 387 min ədəd ödəniş kartı olub ki, bunun da 45%-i və ya 2 423 mini sosial kart, 27,6%-i və ya 1 486 min ədədi əmək haqqı kartlarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi