Yuxarı

Azərbaycanda kredit kartlarının sayı bir aya 38 min azalıb

Kredit kartlarının ödəniş kartlarında xüsusi çəkisi 13,7%-ə düşüb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı azalmağa başlayıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, ay ərzində 38 min ədəd və yaxud kredit kartlarının 4,86%-i dövriyyədən çıxarılıb və avqustun 1-nə 744 min ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə isə kredit kartlarını sayında 266 min ədəd və ya 26,3% azalma qeydə alınıb.

İyulun sonuna  kredit kartlarının ölkədə dövriyyədə olan bütün ödəniş kartlarındakı xüsusi çəkisi 13,7% təşkil edib. Bu nisbət iyunun sonunda 14,3% olub.

İyul ayı ərzində kredit kartları ilə 148 mln. manatlıq  853 min əməliyyat həyata keçirilib. Hesabata əsasən kredit kartları ilə əməliyyatların həcmində artım, sayında isə azalma qeydə alınıb. Belə ki, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 5 mln. manat və ya 3,5% artıb, sayı isə 54 min ədəd və ya 6% azalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi