Azərbaycanda kredit kartlarına tələbat yenidən artmağa başlayıb

Azərbaycanda kredit kartlarına tələbat yenidən artmağa başlayıb Bir ayda dövriyyəyə 40 min yeni kredit kartı buraxılıb
Maliyyə
9 Avqust , 2016 14:55
Azərbaycanda kredit kartlarına tələbat yenidən artmağa başlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycanda kredit kartlarının sayı aylıq müqayisədə 40 min ədəd və ya 5,4% artaraq bu il iyulun 1-nə 782 min ədəd təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə bu göstərici üzrə 462 min ədəd və ya 37,14%, bu ilin əvvəli müqayisədə isə 228 min ədəd və ya 22,57% azalma qeydə alınıb.

Kredit kartları ilə aparılan əməliyyatların həcmi aylıq müqayisədə 7 mln. manat və ya 5,15% artaraq iyunda 143 mln. manat təşkil edib. İllik müqayisədə isə 36 mln. manat və ya 20,1% azalma olub.

Əməliyyatların sayı aylıq müqayisədə 17 min əməliyyat və ya 1,9% artaraq hesabat ayında 907 minə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma 575 min ədəd və ya 38,8% olub.

Son xəbərlər

Orphus sistemi