Azərbaycanda kredit kartları üzrə əməliyyatlar azalıb

Azərbaycanda kredit kartları üzrə əməliyyatlar azalıb Kart əməliyyatlarının ümumi strukturunda kredit kartlarının xüsusi çəkisi 11%-i keçib
Maliyyə
23 İyun , 2017 09:55
Azərbaycanda kredit kartları üzrə əməliyyatlar azalıb

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanda bu ilin aprel ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi əvvəlki aya nisbətən 6,7% azalaraq 125 mln. manat təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Beləliklə, apreldə bank kartları ilə aparılan ümumi əməliyyatların 11,3%-i kredit kartları ilə aparılan əməliyyatların payına düşüb. Hesabata əsasən, kartlarla əməliyyatların həcmində kredit kartlarının xüsusi çəkisi əvvəlki ayla müqayisədə 1 faiz bəndi artıb.

Cari il mayın 1-nə dövriyyədə olan kredit kartlarının sayı 647 min təşkil edib ki, bu da dövriyyədəki cəmi kartların 11,7%-i deməkdir. 

Son xəbərlər

Orphus sistemi