Yuxarı
    Bağlamaq

    Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi 34% azalıb

    Əməliyyatların sayı isə illik müqayisədə 45% azalıb

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanda kredit kartlarının sayı aylıq müqayisədə 32 min ədəd və ya 4,1%, ilin əvvəlindən 262 min ədəd və ya 25,94% azalaraq cari il mayın 1-nə 748 min ədəd təşkil edib. 

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə bu göstərici üzrə 516 min ədəd və ya 40,8% azalma qeydə alınıb.

    Kredit kartları ilə aparılan əməliyyatların həcmi aylıq müqayisədə 15 mln. manat və ya 10,5% azalaraq 128 mln. manat təşkil edib. İllik müqayisədə isə azalma 67 mln. manat və ya 34,4% olub.

    Əməliyyatların sayı da aylıq müqayisədə 39 min əməliyyat və ya 4,49% azalaraq hesabat ayında 830 minə enib. Ötən ilin müaviq dövrü ilə müqayisədə isə azalma 690 min ədəd və ya 45,4% olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi