Yuxarı

Azərbaycanda kredit kartları ilə əməliyyatlar azalıb

Kartların sayı isə cüzi artıb

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı ilin əvvəlindən 2,6% azalaraq iyunun 1-nə 1 mln. 268 minə çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hesabat dövrünə ölkədə dövriyyədə olan cəmi ödəniş kartlarının sayı 6 mln. 74 min təşkil edib ki, bu da ilin əvvəlindən 1,8% çoxdur. 

Hesabata əsasən, ödəniş kartlarının 2 mln. 482 mini sosial, 1 mln. 450 mini əmək haqqı, 874 mini isə digər debet kartlarıdır. Sosial kartların sayında ilin əvvəli ilə müqayisədə 2,3%, əmək haqqı kartlarında 0,4% azalma müşahidə olunub.

Bu ilin may ayında debet və kredit kartları ilə 983 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bunun da 176 mln. manatı kredit kartları ilə aparılıb. Beləliklə də kredit kartları ilə əməliyyatların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 9,3%, aprel ayı ilə müqayisədə isə 9,7% azalma qeydə alınıb. Eyni zamanda əməliyyatların sayı da aylıq müqayisədə 0,5% azalaraq 1 mln. 512 min təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi