Azərbaycanda kredit ittifaqının BOKT-a çevrilməsinə icazə verilməyib

Azərbaycanda kredit ittifaqının BOKT-a çevrilməsinə icazə verilməyib Maliyyə Bazarlarına Nəzarət Palatası "Ağan" kredit ittifaqının lisenziya ilə bağlı müraciətini mənfi cavablandırıb
Maliyyə
22 May , 2017 10:33
Azərbaycanda kredit ittifaqının BOKT-a çevrilməsinə icazə verilməyib
Report

Bakı. 22 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İmişli rayonunda fəaliyyət göstərən “Ağan Kredit İttifaqı” MMC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə icazə verməyib.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, adı çəkilən ittifaq təxminən 1 il bundan əvvəl təşkilati-hüquqi formasını dəyişib və BOKT kimi Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib. Bundan sonra isə maliyyə qurumu nizamnamə kapitalının BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat olmasını əsas gətirərək lisenziya üçün MBNP-yə müraciət edib. Palata isə bu müraciətə mənfi cavab verib və İttifaqa əvvəlki təşkilati-hüquqi formaya qayıtmaq tövsiyə olunub. “Ağan”a BOKT lisenziyasının verilməməsinin səbəbi açıqlanmır.

Xatırladaq ki, “Ağan Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 335 manatdır. 

Son xəbərlər

Orphus sistemi