​Azərbaycanda kredit alanların sayı 19% artıb

​Azərbaycanda kredit alanların sayı 19% artıb Borcalanların artım dinamikasında azalma müşahidə olunur
Maliyyə
6 Fevral , 2015 11:38
​Azərbaycanda kredit alanların sayı 19% artıb

Bakı. 6 fevral REPORT.AZ/ Azərbaycanda cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan cəmi borcalanların sayı illik müqayisədə 18,62% artaraq 2015-ci il yanvarın 1-nə 2,317 mln. nəfərə çatıb.

"Report" Mərkəzləşmiş Kredit Reyestrindəki (MKR) ümumi statistik məlumatlara əsasən verdiyi xəbərə görə, borcalanların 10 775 nəfərini hüquqi, 2,285 mln. nəfərini fiziki, 20 509 nəfərini sahibkarlıq subyektləri təşkil edib. İllik müqayisədə hüquqi şəxslərin sayında 6,66%, fiziki şəxslərdə 18,64%, sahibkarlıq subyektlərinin sayında isə 22,83% artım qeydə alınıb.

Hesabata əsasən, borcalanların artım dinamikasında isə 2013-cü ilə nisbətən 8,19 faiz bəndi azalma müşahidə edilib. Belə ki, 2013-cü ildə borcalanların sayında illik artım 26,81% olub.

MKR-də tam ödənilmiş kreditlər də daxil olmaqla cəmi kredit məlumatlarının sayı illik 37,63% artaraq cari il yanvarın 1-nə 8,978 mln. təşkil edib.

Qeyd edək ki, MKR fiziki və hüquqi şəxslərin məbləğlərindən asılı olmayaraq, bütün kreditlər haqqında məlumatların toplandığı elektron bazadır.

Son xəbərlər

Orphus sistemi