Yuxarı

​Azərbaycanda konsolidasiyaya hazırlaşan 3 bankın birləşməsi baş tutmaya bilər

Parabank, NBC Bank və Kredobank tədricən kapitallarıını artırır

Bakı. 2 iyun. REPORT.AZ/ Bu ilin əvvəlində Azərbaycanın "Parabank", "NBC Bank" və "Kredobank" ASC-ləri konsolidasiya barədə niyyət protokolu imzalasa da, bu istiqamətdə hələ heç bir konkret addım atılmayıb. Bu barədə "Report"a "Parabank"dan bildirilib.

"Report"un analitik qrupu qeyd edir ki, digər iki bank isə hələ bu mövzuda susmağa üstünlük verir:"Görünən odur ki, adı çəkilən bankların hər biri bazarda öz adları ilə qalmaqda maraqlıdır vəbu istiqamətdə lazımi addımlar da atılır".

Məsələn, bir qədər əvvəl "NBC Bank" nizamnamə kapitalını 11,465 mln. manat artıraraq 58,186 mln. manata çatdırıb. Bank məcmu kapitalının nə qədər olduğunu açıqlamasa da, çox güman ki, nizamnamə kapitalındakı artım ona məcmu kapitalla bağlı minimum tələbi (50 mln. manat) yerinə yetirməyə imkan verəcək.

"Analoji addımı "Parabank" da atmağa hazırlaşır. Bank yaxın aylarda nizamnamə kapitalını 10 mln. manat artıraraq 48,87 mln. manata çatdırmaq niyyətindədir. Bu baş versə, Bankın məcmu kapitalı təxminən 60 mln. manata çatmalıdır", - deyə analitiklər qeyd ediblər.

Bu ilin əvvəlində isə "Kredobank"ın nizamnamə kapitalını 30 mln. manat artıraraq 80,54 mln. manata çatdıracağı barədə xəbərlər yayılıb. Lakin bunun nə vaxt baş verəcəyi məlum deyil və Bank bu barədə açıqlama vermir. Bununla belə, "Kredobank"ın məcmu kapitalla bağlı problemi yoxdur. Cari ilin əvvəlində bu rəqəm 52,637 mln.manat, aprelin 1-də isə 55,429 mln. manat təşkil edib.

"Bankların məcmu kapitalla bağlı probleminin olmaması onlara bundan sonra da bazarın müstəqil oyunçuları kimi qalmağa, konsolidasiyaya getməməyə imkan verir. Odur ki, konsolidasiya barədə niyyət protokolu imzalamış 3 bankın birləşməsi baş tutmaya da bilər", - deyə "Report"un analitikləri qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi