Yuxarı
    Bağlamaq

    Azərbaycanda kommersiya və vergi sirri sayılan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı təsdiqlənib

    Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

    Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanda kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı təsdiqlənib. 

    "Report"un məlumatına görə, Prezident İlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

    Sənədə əsasən, siyahıya Azərbaycanın vergilər naziri, nazirin birinci müavini, nazirin müavinləri, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar, Daxili təhlükəsizlik, Hüquq, Vergi risklərinin təhlili və nəzarəti, Ərazi vergi orqanları ilə iş üzrə, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi qanunvericiliyinin icrasına nəzarət departamentlərinin baş direktorları, Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları, Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin baş direktorları, Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi daxildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi