Yuxarı

Azərbaycanda kommersiya banklarına dollar satışı məhdudlaşdırılıb

Report: Dolların satış məzənnəsi Yeni ilədək 2 manata çata bilər

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı şəhərinin valyuta məntəqələrində nağd ABŞ dollarının satış məzənnəsi 1,62 - 1,65 AZN/USD-yə yüksəlib. Günorta saatlarından sonra bazarda dollar qıtlığı ilə üzləşən banklar bunu Azərbaycan Mərkəzi Bankının hərracda valyuta satışına limit tətbiq etməsi və bunun cari tələbi qarşılamaması ilə izah edir. 

"Report"un analitik qrupu qeyd edir ki, bank rəsmilərinin açıqlamasına görə, AMB-nin hərracda satdığı maksimal miqdar artıq son iki iş günündə 80 mln. dollarla məhdudlaşıb. İlin sonu olması səbəbindən bazarda valyutaya olan tələbat artıb və buna görə tələb təklifi daha çox üstələyir. 

"Məhz bu səbəbdən dolların satış məzənnəsi artıq 1,65 AZN/USD-yə çatıb. Sabah hərracda alınan valyutanın müştərilərə 1,65 - 1,70 AZN/USD-yə satılacağı ehtimal edilir. Belə davam edərsə, yəni Mərkəzi Bank bayrama qədərki hərraclarda tələbi tam qarşılamazsa, "exchange"lərdə satış məzənnəsi 2,00 AZN/USD-yə qədər arta bilər. Düşünürük ki, bugünkü hərracda tələb tam qarşılansa idi, məzənnə sabit qalar, bazardakı təşviş güclənməzdi", - deyə analitiklər bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi