Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalıb

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalıb İlin əvvəlindən azalan xarici borclar əsasən AMB tərəfindən maliyyələşdirilib
Maliyyə
8 Avqust , 2016 16:36
Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalıb

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi iyulun 1-nə 6 625,8 mln. manat təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 67,9 mln. manat və ya 1,02% azdır. İlin əvvəlinə olan göstərici ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 578,7 mln. manat və ya 19,24% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 3,3 mln. manat və ya 0,04% təşkil edib. 

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin ilin əvvəli ilə müqayisədə azalması AMB-nin kommersiya banklarına tələbinin artması ilə izah olunur. Yəni, AMB kommersiya banklarına xarici borclarını ödəmək üçün ilin əvvəlindən 1,5 mlrd. manatdan çox vəsait verib.

Son xəbərlər

Orphus sistemi