Yuxarı

​Azərbaycanda kasko sığortası ilə bağlı yeni düstur tətbiq olunacaq

Bununla bağlı sığorta şirkətlərinə tövsiyə məktubu göndəriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) yaxın günlərdə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinə kasko sığortası tariflərinin hesablanması düsturu - aktuar tarif hesablama məsələsi ilə bağlı tövsiyə məktubu göndərəcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

"Aktuar hesablama prosesində yaş, staj, avtomaşının buraxılış ili kimi amillər nəzərə alınacaq. Tarifin yeni düsturla müəyyən edilməsi sığorta şirkətinin zərərlə işləməsinin qarşısını alacaq. Dövlət metodikanı verir ki, onun orta tarifi nə ola bilər. Artıq bu məsələdə razılıq var. İndi ortaq bir düstur təklif edilir", - deyə ASA rəhbəri qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi