Azərbaycanda "Kapital bazarlarının müasirləşdirilməsi layihə”nin icrası başa çatıb

Azərbaycanda "Kapital bazarlarının müasirləşdirilməsi layihə”nin icrası başa çatıb Bununla bağlı Bakıda yekun tədbir keçirilir
Maliyyə
4 Noyabr , 2016 10:00
Azərbaycanda Kapital bazarlarının müasirləşdirilməsi layihə”nin icrası başa çatıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankının (WB) birgə həyata keçirdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəklədiyi “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi”nin nəticələrini müzakirə etmək məqsədi ilə yekun konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı, WB-nin maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Bernt (Rolf Berhndt), qurumun maliyyə sektoru üzrə baş mütəxəssisi və layihə qrupunun rəhbəri Anjela Priqojina, eləcə də digər beynəlxalq təşkilatların, özəl biznesin, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

İştirakçılar kapital bazarlarının müasirləşdirilməsi sahəsində Azərbaycanın keçdiyi yola nəzər salacaq, maliyyə bazarlarının gücləndirilməsi, ölkədə özəl sektorun inkişafı, iqtisadi şaxələndirmənin maliyyələşdirilməsi üçün kapital bazarlarının mühüm maliyyə mənbəyinə çevrilməsində gələcək çağırışlar və görülə biləcək tədbirləri müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi