Azərbaycanda iyulda dollarlaşma yenidən sürətlənib

Azərbaycanda iyulda dollarlaşma yenidən sürətlənib Əmanət, depozit və kreditlərdə dollarlaşma artıb
Maliyyə
8 Sentyabr , 2017 16:33
Azərbaycanda iyulda dollarlaşma yenidən sürətlənib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il avqustun 1-nə 73,44% təşkil edib. 

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Xatırladaq ki, iyulun 1-nə bu göstərici 73,38%, yanvarın 1-nə isə 79,63% olub. 

Ümumilikdə depozit bazasında dollarlaşma dərəcəsi isə avqustun 1-nə 77,68% təşkil edib. Bu göstərici iyulun 1-də 76,77%, yanvarın 1-də 75,29%, ötən il avqustun 1-nə isə 80,01% təşkil edib. 

Kreditlərdə dollarlaşma isə avqustun 1-nə 43,58% olub. Bu göstərici iyulun 1-nə 42,65%, yanvarın 1-nə 47,32%, ötən il avqustun 1-nə isə 48,28% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi