Yuxarı

Azərbaycanda dəri ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri artırılıb

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarda dəyişikliklər edilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilib.

Qərara görə, Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə “I. İlkin məhsullar: dənəvər və tozşəkilli məhsullar” bölməsindən əvvəl qərarın əlavəsində göstərilən məzmunda mal mövqeləri əlavə edilib. Həmçinin qeyd olunur ki, bu qərar dərc olunduğu gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5oktyabr tarixli 379 nömrəli qərarına əlavə

- İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonra da nemal edilməmiş), tükörtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş:

1. Bütöv dərilər, ikilənməmiş, quru halda hər biri 8 kq-dan çox olmayan, quru-duzlu halda 10 kq-dan çox olmayan və ya təzə, yaş-duzlu və ya ayrı konservləşdirilmə halında 16 kq-dan çox olmayan kütlə ilə:

- təzə - 1000 kq-a 500 ABŞ dolları

- yaş-duzlu - 1000 kq-a 500 ABŞ dolları

- quru və ya quru-duzlu  - 1000 kq-a 500 ABŞ dolları

- digərləri  - 1000 kq-a 500 ABŞ dolları

Bütöv dəri, çəkisi 16 kq-dan çox:

- təzə  - 1000 kq-a 500 ABŞ dolları

- yaş-duzlu - 1000 kq-a 500 ABŞ dolları

- quru və ya quru-duzlu  - 1000 kq-a 500 ABŞ dolları

- digərləri  - 1000 kq-a 500 ABŞ dolları

- digərləri, gönün qalın, yarıqalın və ətək hissələri daxil olmaqla - 1000 kq-a 500 ABŞ dolları

Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru, küllənmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), yun örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş, bu qrupun qeydlərinin 1-ci hissəsinin “v” bəndində sadalananlardan başqa:

- yun örtüyü ilə:

- quzuların - 1000 kq-a 500 ABŞ dolları

- digərləri - 1000 kq-a 500 ABŞ dolları

yun örtüyü olmayan:

-pikellənmiş - 1000 kq-a 500 ABŞ dolları

digərləri - 1000 kq-a 500 ABŞ dolları

İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tük örtüyü olmayan gönlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və sonradan emal edilməmiş:

nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla):

ikilənməmiş cilalanmamış üzlük; ikilənmiş üzlük:

- iribuynuzlu mal-qaranın (camışlar daxil olmaqla) bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kvfutdan) artıq olmayan - 1000 kq-a 350 ABŞ dolları

digərləri:

iribuynuzlu mal-qaranın (camış daxil olmaqla):

- bütöv gönlərdən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kvfutdan) artıq olan - 1000 kq-a 350 ABŞ dolları

- digərləri - 1000 kq-a 350 ABŞ dolları

digərləri  - 1000 kq-a 350 ABŞ dolları

digərləri:

- iribuynuzlu mal-qaranın (camış daxil olmaqla) bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kvfutdan) artıq olmayan - 1000 kq-a 350 ABŞ dolları

digərləri:

- iribuynuzlu mal-qaranın (camış daxil olmaqla):

- bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kvfutdan) artıq olan -1000 kq-a 350 ABŞ dolları

- digərləri -1000 kq-a 350 ABŞ dolları

- digərləri - 1000 kq-a 350 ABŞ dolları

Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yun örtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış:

- nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla):

- ikilənməmiş -1000 kq-a 150 ABŞ dolları

- ikilənmiş - 1000 kq-a 150 ABŞ dolları

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi