​Azərbaycanda istehlak kreditləşməsinin artması davam edir

​Azərbaycanda istehlak kreditləşməsinin artması davam edir Məcmu kredit qoyuluşlarının 41%-i istehlak kreditlərinin payına düşür
Maliyyə
27 Noyabr , 2014 10:26
​Azərbaycanda istehlak kreditləşməsinin artması davam edir
Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi illik müqayisədə 19,0% artaraq 2014-cü il noyabrın 1-nə 17,842 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici ilin əvvəlindən 15,7% artıb.

Kredit qoyuluşlarının tərkibində əsas yeri istehlak kreditləri tutur və onların payına 7,384 mlrd. manat və ya 41,4% düşür. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 25,4%, xüsusi çəkisi isə 2,1 faiz bəndi artıb. Həmçinin, ümumi kreditlərin artımının 52,5%-i istehlak kreditlərin hesabına baş verib. Bu göstəricilər istehlak kreditləşməsinin Azərbaycan bank sistemi üçün əhəmiyyətindn xəbər verir.

Qeyd edək ki, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabrın 1-nə 943,4 mln. manat təşkil edib, bu isə illik müqayisədə 20,5% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,2%-dən 5,3%-dək artıb.

Son xəbərlər

Orphus sistemi