Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda islam maliyyələşməsi bazarı bu il 70% artacaq

    Hazırda bu bazarın həcmi 300 mln. manat civarındadır

    Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda artıq 8 bank, lizinq şirkəti və mikrokredit təşkilatı tərəfindən islam maliyyələşməsi üzrə işlər aparılır, islam prinsiplərinə uyğun məhsullar təqdim edilir. Nəticədə, bu bazarın ümumi həcmi artıq 300 mln. manata (təxminən 400 mln. ABŞ dolları) çatıb. Bu ilin sonuna kimi həmin göstəricinin 500 mln. manata (artım - 67%) çatacağı gözlənilir.

    "Report"un məlumatına görə, bunu bu gün Bakıda "İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər" mövzusunda keçirilən beynəlxalq kontransda İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev çıxışında deyib: "Bu göstərici Azərbaycan üçün əhəmiyyətli rəqəmdir".

    R.Atakişiyev qeyd edib ki, islam maliyyəsi bu gün 75 ölkədə 400-dən çox maliyyə təşkilatı tərəfindən idarə olunur və 1,3 trln. dollar həcmində dövriyyəyə malikdir: "Qonşu Türkiyədə islam maliyyələşməsi ÜDM-in 5%-ni, Malaziyada 16%-ni, İranda 98%-ni təşkil edir. Həmçinin, İngiltərə, Fransa və digər Avropa ölkələrində islam maliyyələşməsi üzrə fəaliyyət genişlənir".

    Mərkəzin sədri gələcəkdə Azərbaycanda da statistik rəqəmlərin hazırlanmasında islam maliyyəsinin həcminin ayrıca hesablanmasının məqsədəuyğun oldugunu deyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi