Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb

Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.
Maliyyə
29 Noyabr , 2018 16:29
Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində işçilərin dələduzluğu sığortası üzrə sığorta şirkətlərinin yığımları 611,3 min manat təşkil edib. Bu, yanvar-sentyabr ayları ilə müqayisədə 12,3 min manat və ya 2,05% dəfə çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 426,7 min manat və ya 69,8% azalıb.

Bu ilin yanvar-oktyabr aylarında işçilərin dələduzluğu sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr aylarında eyni sığorta sinfi üzrə ödənişlər 1,719 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi