Yuxarı

​Azərbaycanda iqtisadi artım 5,5%-ə çatıb

Yanvar-aprel aylarında Azərbaycanda 16,6 mlrd. manatlıq ÜDM istehsal olunub

Bakı. 15 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 16,6 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5% çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu dövrdə ÜDM-in 36,2%-i sənayedə, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 13,5%-i tikintidə, 10,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0%-i nəqliyyat və anbar təsərrüfatında, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,0%-i informasiya və rabitə xidmətlərində, 15,2%-i isə sosial və digər xidmətlər sahəsində yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi