Yuxarı
    Bağlamaq

    Azərbaycanda iqtisadi artım 5,3% olub

    Bu ilin yanvar-may aylarında ÜDM-in həcmi 5,3% artaraq 21,3 mlrd. manata çatıb

    Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki səxslər tərəfindən 2015-ci ilin yanvar-may aylarında 21,3 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,3% çox ümumi daxili məhsul istehsal edilib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Əlavə dəyərin 36,4%-i sənaye, 13,7%-i tikinti kompleksi, 13,7%-i ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri, 6,1%-i nəqliyyat, 2,0%-i rabitə, 3,3%-i kənd təsərrüfatı, 15,7%-i digər sahələrdə yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.

    Qeyd edək ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 7,6%, neft-qaz sektorunda isə 2,4% artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi