​Azərbaycanda iqtisadi artım 3,1%-ə çatıb

​Azərbaycanda iqtisadi artım 3,1%-ə çatıb Qeyri-neft sektorunun ÜDM-də payı 69%-i keçib
Maliyyə
17 Dekabr , 2015 15:01
​Azərbaycanda iqtisadi artım 3,1%-ə çatıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 50,1 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM-in 33,7%-i sənaye, 13,7%-i tikinti, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,8%-i isə xidmət sahələrinin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib. 

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 4% artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 60,9%-dən 69,3%-ə yüksəlib.

ÜDM-in 30,7%-i isə neft sektorunun payına düşüb. Bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 1,8% artıb.

Son xəbərlər

Orphus sistemi