Yuxarı

​Azərbaycanda ipoteka kreditləri üzrə faizlər azalıb

Bu ilin ilk yarısında dövlət xətti ilə 1,1 mln. manat ipoteka krediti verilib

Bakı. 8 avqust. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə bu ilin ilk yarısında 1,1 mln. manat ipoteka krediti verilib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,4 dəfə azdır.

Xatırladaq ki, 2015-ci ilin birinci yarısında kommersiya bankları dövlət xətti ilə 56,5 mln. manat ipoteka krediti verib.

Bu ilin 6 ayında dövlət büdcəsindən Fonda 23,1 mln. manat ayrılıb. AİF-in yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 28,5 mln. manat təşkil edib.

Son bir ildə ipoteka kreditləri üzrə orta məbləğ 0,74% və yaxud 298,6 manat artaraq 40 882,6 manat, orta müddət 1 ay artaraq 280 ay, illik faiz dərəcəsi 0,03% bəndi azalaraq 6,7%, aylıq ödəniş isə 0,37% və yaxud 1,1 manat azalaraq 296,3 manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi