Yuxarı

Azərbaycanda investisiya qoyuluşunda bank kreditlərinin payı 12%-ə yüksəlib

Azərbaycanda investisiya qoyuluşunda bank kreditlərinin payı 12%-ə yüksəlib

44

İnvestisiya edilən bank kreditlərinin həcmi illik müqayisədə 31,5% artıb

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi artaraq 12%-ə çatıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-may ayları ərzində iqtisadiyyata sərmayə qoyuluşu 5 671,7 mln. manat təşkil edib ki, bunun da 681,5 mln. manatı bank kreditləri olub. Beləliklə, bank kreditlərinin həcmində illik 31,5% artım qeydə alınıb.

Qeyd edək ki, yanvar-aprel aylarında cəmi sərmayənin 10,8% və ya 488,0 mln. manatını, 2016-cı ilin yanvar-may ayları ərzində isə əsas kapitala yönəldilmiş vəsaitlərin 8,6% və ya 464,3 mln. manatını bank kreditləri təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi