Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda illik inflyasiya 10,8% enib - YENİLƏNİB

    Ərzaq məhsulları üzrə illik inflyasiya 13%-i üstələyib

    İlk xəbər saat 12:17-də verilib

    Bakı. 15 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 10,8% artıb.

    "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, o cümlədən, ərzaq məhsullarının qiymətlərində 13,1%, qeyri-ərzaq məhsullarının qiymətlərində 15,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 4,0% artım qeydə alınıb.

    ***

    Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında isə 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 11,7% artıb. O cümlədən, ərzaq məhsullarının qiymətlərində 14,8%, qeyri-ərzaq məhsullarının qiymətlərində 15,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 4,0% bahalaşma olub.

    Rəsmi statistikaya əsasən, 2016-cı ilin mart ayında istehlak məhsulları və xidmətlərin qiymətləri fevral ayına nisbətən 0,4%, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri fevral ayına nisbətən 0,3%, yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,1% bahalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətlərində fevrala nisbətən 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2016-cı ilin fevral ayına nisbətən 0,5%, bahalaşma olub.

    Bu ilin fevral ayında isə istehlak məhsulları və xidmətlərin qiymətləri yanvara nisbətən 0,4% artıb. Yanvarda isə istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 5,8%, əvvəlki ilin yanvar ayına nisbətən isə 13,6 % bahalaşıb.

    Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 112,2% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi