Azərbaycanda illik inflyasiyanın gəlirlərin artım tempini üstələməsi prosesi dərinləşir

Azərbaycanda illik inflyasiyanın gəlirlərin artım tempini üstələməsi prosesi dərinləşir Bu ilin birinci yarısında əhalinin gəlirləri 8,4% artıb, illik inflyasiya isə 10,5% olub
Maliyyə
30 İyul , 2016 15:01
Azərbaycanda illik inflyasiyanın gəlirlərin artım tempini üstələməsi prosesi dərinləşir

Bakı. 30 iyul. REPORt.AZ/ Azərbaycanın istehlak bazarında qiymətlərin bahalaşması prosesi bu ildən əhalinin gəlirlərinin artması tempini üstələməyə başlayıb və bu fərq hər ay daha da genişlənir. "Report"un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, yanvar-iyun aylarında illik inflyasiya əhalinin gəlirlərinin artmasını 2,1 faiz bəndi, adambaşına gəlirləri isə 3,4 faiz bəndi üstələyib. 

Belə ki, 2016-cı ilin birinci yarısında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,4% artaraq 21 493,9 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 236,5 manat və ya ayda 372,8 manat təşkil edib. İyun ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,5% ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 10,5% bahalaşıb.

Tarix İllik inflyasiya, % Əhalinin
gəlirlərinin artımı, %
Adambaşına
gəlirin artımı, %
İnflyasiya ilə gəlirin 
artımı arasında 
fərq, faiz bəndi
İnflyasiya ilə adambaşına
gəlirin artımı
arasında fərq, faiz bəndi
2016-cı il
Yanvar-iyun 10,5 8,4 7,1 2,1 3,4
Yanvar-may 10,4 8,3 7,0 2,1 3,4
Yanvar-aprel 10,5 9,0 7,7 1,5 2,8
Yanvar-mart 10,8 9,0 7,7 1,8 3,1
Yanvar-fevral 11,7 10,2 9,0 1,5 2,7
Yanvar 13,6 12,1 10,8 1,5 2,8
2015-ci il
Yanvar-dekabr 4 5,7 4,5 -1,7 -0,5
Yanvar-noyabr 3,7 5,7 4,4 -2 -0,7
Yanvar-oktyabr 3,7 5,7 4,4 -2 -0,7
Yanvar-sentyabr 3,7 5,8 4,5 -2,1 -0,8
Yanvar-avqust 3,8 5,9 4,6 -2,1 -0,8
yanvar-iyul, 3,7 6,4 5,1 -2,7 -1,4
Yanvar-iyun 3,5 6,2 4,9 -2,7 -1,4
Yanvar-may 3,4 5,8 4,5 -2,4 -1,1
Yanvar-aprel 3,1 5,7 4,4 -2,6 -1,3
Yanvar-mart 2,8 5,3 4,0 -2,5 -1,2
Yanvar-fevral 2,0 5,0 3,7 -3,0 -1,7
Yanvar 0,2 5,5 4,2 -5,3 -4,0

Son xəbərlər

Orphus sistemi