Yuxarı
    Bağlamaq

    Azərbaycanda illik inflyasiya 13,8%-ə yüksəlib

    Aylıq inflyasiya isə 0,2% səviyyəsində qalıb

    Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8% bahalaşıb.

    "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1% artıb.

    Bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,1% artım, ərzaq məhsullarının qiymətlərində isə 1,3% azalma qeydə alınıb.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artıb. O cümlədən, ərzaq məhsulları 17,8%, qeyri-ərzaq məhsulları 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 8,7% bahalaşıb. Apredə aylıq inflyasiya isə 0,2% təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi