​Azərbaycanda illik gəlirliliyi 14% olan dollar istiqrazlarının satışına başlanılıb

​Azərbaycanda illik gəlirliliyi 14% olan dollar istiqrazlarının satışına başlanılıb Emissiya 610 istiqrazın satışını nəzərdə tutur
Maliyyə
20 İyul , 2016 13:09
​Azərbaycanda illik gəlirliliyi 14% olan dollar istiqrazlarının satışına başlanılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) "Finoko" - bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin istiqrazlarının satışına başlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, artıq qiymətli kağızların alqı-satqısı ilə bağlı 2 əqd bağlanılıb. İyulun 15-də hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 160 istiqraz (160 min dollarlıq) əldə edilib.

Xatırladaq ki, emissiya 610 istiqrazın satışını nəzərdə tutur. Qiymətli kağızların illik gəlirliliyi 14%, tədavül müddəti isə 3 ildir. Faizlər üç aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

"Finoko" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 10 manat olan 100 000 səhm əsasında formalaşıb. BOKT-un səhmlərinin 50%-i Əliyev Elçin Rəşid oğluna, 50%-i isə Əliyev Elmar Rəşid oğluna məxsusdur. 

Son xəbərlər

Orphus sistemi