Yuxarı

Azərbaycanda ilk kredit bürosunun fəaliyyətə başlayacağı tarix açıqlanıb

Qanun layihəsi plenar iclasa tövsiyyə olunub

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Kredit büroları haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə olunaraq Plenar iclasa tövsiyə olunub. “Report” xəbər verir ki, sənədi Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı təqdim edib. 

O bildirib ki, kredit bürolarının yaradılması maliyyə xidmətlərinə çıxışın genişləndirilməsinə xidmət edir. Kredit büroları əvvəlki və potensial borcalanların tarixçəsi, ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən məlumat bazasının toplusudur. Büro kredit almaq istəyənin əvvəlki borcu, ödəmə qabiliyyəti məlumatlarını özündə əks etdirəcək.

10 ildir ki, buna bənzər məlumat bazası - Mərkəzləşdirilmiş Kredit Reyestri var. Kredit bürosunun reyestirdən bir mühüm fərqi var ki, büro məlumatların üzərində analitik iş aparır, borcu olanın ödəmə qabiliyyətini qiymətləndirilir və s. Mərkəzləşmiş Kredit Reyestri isə ancaq statistik baza kimi saxlanılır.

Qanunda qeyd olunur ki, kredit bürosu sorğunu aldığı gündən kredit hesabatını 3 iş günündən gec olmayaraq təqdim etməlidir. Kredit bürosunda xidmət haqqı büro ilə şirklət arasında bağlanan müqaqvilə əsasında tənzimlənəcək.

R.Aslanlı deyib ki, qanun qəbulundan sonra 1 il ərzində ilk kredit bürosu fəaliyyətə başlaya bilər. İtaliya şirkətinin məsləhətçi olaraq seçildiyi layihədə İslandiya modeli əsas götürülüb. 

MBNP sədrinin sözlərinə görə, texniki partnyor olaraq İslandiyanın “Creditinfo” şirkətinin bir çox şərqi Avropa ölkələrində (Çexiya, Polşa), eləcə də digər ölkələrdə uğurlu təcrübəsi var: "Amma əlbəttə ki, modelin uğurunu zaman göstərir".

Özəl kredit bürosunun yaradılmasında İslandiyanın CreditInfo şirkəti ilə yanaşı Azərbaycanın15 kommersiya bankı da iştirak edir. Bu 15 bank Azərbaycan bank sektorunun aktivlərinin 80%-ni təşkil edir. Bu da o deməkdir ki, borcalanın vəziyyətini qiymətləndirmək üçün böyük təşkilat yaradılır. Son nəticədə kredit bürosunun yaradılması bankların məsrəflərinin azalmasına və nəticədə kreditin maya dəyərinin azalmasına gətirib çıxaracaq. 

R.Aslanlı bildirib ki, nizamnamə kapitalının məbləğinin qanunda göstərilməsi təcrübəsi dünyada yaxşı qarşılanmır. Çünki kapitalı artımı zaman qanun dəyişməlidir. Buna görə də kapitalın həcminin qanunda qeyd olunması düzgün deyil. Həmçinin xidmət haqqı da bazarın tələb-təklifi əsasında formalaşdığından onun da qanunda qeyd olunması məqsəduyğun sayılmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi