Yuxarı

Azərbaycanda ilk depozit hərracı keçiriləcək

Mərkəzi Bank ilk hərraca 150 mln. manat çıxaracaq

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) iyun ayının 13-də vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsinə dair qərar qəbul edib. 

"Report" xəbər verir ki, bu barədə AMB-nin yaydığı məlumatda bildirilib. 

Məlumatda həmçinin depozit hərracının müddətinin 1 ay, ümumi məbləğinin 150 mln. manat, faiz dərəcəsinin isə 4,01-6,99% arasında olacağı qeyd edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi