Azərbaycanda ilk dəfə "World MasterCard Black Edition" kartı təqdim edilib

Azərbaycanda ilk dəfə "World MasterCard Black Edition" kartı təqdim edilib Bakı. 28 mart. REPORT.AZ/ “Xalq Bank” ASC və qlobal ödəniş texnologiyaları təchizatçısı olan “MasterCard”şirkəti xüsusi xidmətlərdən və əlavə imtiy...
Maliyyə
28 Mart , 2017 13:07
Azərbaycanda ilk dəfə World MasterCard Black Edition kartı təqdim edilib

Bakı. 28 mart. REPORT.AZ/ “Xalq Bank” ASC və qlobal ödəniş texnologiyaları təchizatçısı olan “MasterCard”şirkəti xüsusi xidmətlərdən və əlavə imtiyazlardan faydalanmaq istəyən“Premium Banking” müştəriləri üçün hazırlanmış yeni “World MasterCard Black Edition” kartını təqdim ediblər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni kartın sahibləri dünyanın hər yerində unikal imtiyazlardan yararlana bilərlər. Hava limanı zalları üçün ən üstün proqram sayılan “Priority Pass”la “WorldMasterCard Black Edition” kartının sahibləri dünyanın istənilən aeroportunda 1 000-dən çox VIP-zala keçid hüququ əldə edirlər. Kart sahibləri uçuşdan əvvəl biletin və səyahət növündən asılı olmayaraq rahat gözləmə zallarında vaxtlarını keçirə bilərlər.

Kart istifadəçiləri qlobal olaraq 24 saat fəaliyyət göstərən və səyahət cədvəlinin planlanmasında və dəbdəbəli təşkilində köməkçi alət sayılan “MasterCard Concierge” xidmətindən də yararlana bilərlər. Kart istifadəçilərinə təqdim olunan imtiyazlar siyahısına xarici ölkəyə səyahət zamanı kart sahibinin və onun ailə üzvlərinin sığortalanması da daxildir.

“World MasterCard Black Edition” kartının istifadəyə verilməsini şərh edən “Xalq Bank”ın İdarə Heyətinin sədrinin müavini Xəzər Bağırlı bildirib ki, “MasterCard” beynəlxalq ödəniş sistemi ilə “Xalq Bank” arasında olan tərəfdaşlıq hər iki təşkilatın peşəkar komandaları sayəsində möhkəmlənir: "Sözügedən kartın yaratdığı imkanlar istənilən yerdə - işdə, səyahət və əyləncə zamanı müştərilərimiz üçün əvəzsiz olacaq".

“MasterCard” şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib ki, yeni kart məşğul həyat tərzi keçirən istifadəçilərin ehtiyaclarını ödəyən nüfuzlu bir maliyyə alətidir.

Qeyd edək ki, “Xalq Bank” Azərbaycanda “World MasterCard Black Edition” kartını istifadəyə verən ilk bankdır.

Son xəbərlər

Orphus sistemi