Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha iki sığorta şirkətinə icbari sığorta üzrə fəaliyyətə icazə verilib

    Bağlanmış Parabankın isə BOKT-a çevrilməsinə razılıq verilib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Direktorlar Şurasının (DŞ) bu gün qəbul etdiyi qərara əsasən, “Günay Sığorta” ASC və “Qala Sığorta” ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyət göstərmək üçün icazə verilib. 

    Bu barədə "Report"a palatadan bildirilib.

    Məlumata görə, “Günay Sığorta”nın “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri, “Qala Sığorta”nın isə “Sərnişinlərin icbari fərdi qəza sığortası” növü üzrə fəaliyyət göstərməsinə dair qərar qəbul edilib.

    Bundan başqa, lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub, bankın BOKT-a çevrilməsinə dair razılıq verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi