Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilib

Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilib Bakı. 30 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə II Milli Mühasiblər Forumu baş tutub.
Maliyyə
30 Aprel , 2018 11:03
Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə II Milli Mühasiblər Forumu baş tutub. 

Bu barədə “Report”a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, forumun məqsədlərinə mühasibat uçotu, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla aidiyyəti qanunvericilikdə baş vermiş yeniliklər və onların mahiyyəti barədə iştirakçıların məlumatlandırılması, qarşılıqlı fikir mübadiləsi əsasında mövcud problemlər və onların həll yollarının qarşılıqlı müzakirəsi, müasir beynəlxalq təcrübələrin tətbiqi imkanlarının birgə araşdırılması kimi məsələlər daxildir.

Forumun açılışında çıxış edən ASK Prezidenti Məmməd Musayev Azərbaycanda aparılan iqtisadi siyasətin əsas istiqamətləri barədə danışıb.

Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov bildirib ki, milli mühasibatlığın və vergi sisteminin qarşısında duran mövcud çağırışların, respublikada maliyyə, uçot, audit işinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılacaq effektiv addımların belə bir Forumda müzakirəsi olduqca faydalıdır. S.Məmmədxanov vergi sistemində aparılacaq islahatlarla bağlı Forum iştirakçılarına məlumat verib. Bildirilib ki, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, vergilərini tam həcmdə və vaxtında ödəyən vergi ödəyicilərinin dəstəklənməsi, vergidən yayınma ilə mübarizənin genişləndirilməsi, vergi sistemində yeni informasiya texnologiyaları tətbiqinin davamlı olması qarşıda duran əsas məsələlərdir.

Forumun plenar iclasında Şamaxı rayon İcra Başçısının birinci I müavini Qasım Qasımov, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, Türkiyənin İşık Universitetinin rektoru Cemal İbiş, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, Rusiya Federasiyasının Dövlət Maliyyə Universitetitinin dekanı Vladimir Avdiyskiy çıxış ediblər. Natiqlər II Milli Mühasiblər Forumunun iqtisadi sektorda yeni çağırışlar üçün əlverişli platforma olacağına əminliklərini vurğulayıblar.

Forum müxtəlif bölümlərdə davam edib və mühasibatlıq sahəsində mövcud vəziyyət və problemlər, vergi qanunvericiliyi və mühasibat uçotu, maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu, kommersiya qurumlarında mühasibat uçotunun problemləri, mühasibat uçotu proqramları təminatında müasir çağırışlar və s. mövzularda təqdimatlar və çıxışlar iştirakçılarının diqqətinə çatdırılıb.

Forumda həmçinin mühasibat uçotu və vergi sahəsində müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin nəticələri elan olunaraq qaliblər mükafatlandırılıblar. Burada mühasibat uçotu sahəsində ilin ən yaxşı jurnalı, məqaləsi, kitabı və proqram təminatı nominasiyaları üzrə müsabiqələr yer alıb.

Son xəbərlər

Orphus sistemi