Yuxarı

Azərbaycanda ilk dəfə 5 illik dövlət istiqrazları yerləşdirilib

Azərbaycanda iİlk dəfə 5 illik dövlət istiqrazları yerləşdirilib
© Report

Maliyyə Nazirliyi ilk dəfə tədavül müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazlarını qiymətli kağızlar bazarında uğurla yerləşdirib. 

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50,5 milyon manat təşkil edib ki, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101,36 manat (gəlirlilik 8,16%) səviyyəsində müəyyən olunması ilə nəticələnib.

"Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.

Eyni zamanda bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Maliyyə Nazirliyi zəruri tədbirlərin həyata keçirilməsi davam etdirəcək", - deyə qurum bəyan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi