Azərbaycanda icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 1/3-i paytaxtın payına düşür

Azərbaycanda icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 1/3-i paytaxtın payına düşür Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81%-i yaşayış evləri və mənzillər üzrə bağlanılıb
Maliyyə
6 Yanvar , 2017 14:50
Azərbaycanda icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 1/3-i paytaxtın payına düşür

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 31%-i Bakı, 4,4%-i Sumqayıt, 3,9%-i Abşeron, 3,7%-i Gəncə, 2,6%-i Lənkaran, 54%-i isə digər şəhər və rayonların payına düşüb.

"Report" bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.

Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,78 %-i yaşayış evləri və mənzillər, 0,30%-i inzibati binalar, 18,92 %-i digər daşınmaz əmlakla bağlı olub.

Hesabat ilində 140 848 sayda daşınmaz əmlakın icbari sığortası ilə bağlı müqavilə bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının ümumi həcmi 25,2 mln. manata yaxın olub. Əvvəlki il ilə müqayisədə bu növ üzrə icbari sığorta müqavilələrinin sayında 30%, daxilolmalarda isə 1,5% artım müşahidə edilib.

Qeyd edək ki, hazırda ölkədə daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi