Azərbaycanda icbari sığorta polisləri elektron formada satılacaq

Azərbaycanda icbari sığorta polisləri elektron formada satılacaq İcbari sığortadan yayınanların avtomobilləri yol hərəkətindən kənarlaşdırılacaq
Maliyyə
22 Yanvar , 2015 17:41
Azərbaycanda icbari sığorta polisləri elektron formada satılacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda icbari sığorta müqavilələrinin elektron satışının təmin edilməsi üçün "İcbari sığortalar haqqında" qanuna müvafiq əlavə və dəyişikliklər edilməsi barədə təkliflər hazırlanacaq. Bu, Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən Azərbaycan sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında nəzərdə tutulub. "Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev bildirib.

"İcbari sığortanın inkişafı məqsədilə görüləcək mühüm yeniliklərdən biri müqavilələrin elektron formada bağlanması imkanının yaradılması olacaq. Bunun üçün "İcbari sığortalar haqqında" qanuna müvafiq əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər hazırlanacaq. Eləcə də icbari sığorta müqavilələrinin elektron satışının təmin olunması məqsədilə elektron sığorta portalının yaradılması nəzərdə tutulur", - M.Abdullayev qeyd edib.

Həmçinin Tədbirlər Planında avtomobil sahiblərinin icbari sığortadan yayınmasının qarşısının alınması məqsədilə təkliflərin hazırlanması, sahibi sığortalanmayan avtomobillərin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsinin hazırlanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi