Azərbaycanda icbari avtosığortanın həcmi 20% artıb

Azərbaycanda icbari avtosığortanın həcmi 20% artıb Sığorta müqavilələrinin sayında da müsbət dinamika müşahidə olunur
Maliyyə
1 İyun , 2015 14:04
Azərbaycanda icbari avtosığortanın həcmi 20% artıb

Bakı. 1 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 647 müqavilə qeydiyyata alınıb.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunun 14 790-nı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,9 mln. manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1%, sığorta haqlarının məbləğində isə 6% artım müşahidə edilib.

Cari ilin yanvar-may ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 397 min sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 30,1 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14,5%, sığorta haqlarının məbləğində isə 19,7% artım müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi