Azərbaycanda icbari avtosığorta bazarı sentyabrda 2% artıb

Azərbaycanda icbari avtosığorta bazarı sentyabrda 2% artıb Ötəni ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3% artım müşahidə edilib
Maliyyə
3 Oktyabr , 2016 10:05
Azərbaycanda icbari avtosığorta bazarı sentyabrda 2% artıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb. Məlumata görə, bunun 10 625-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 

Bu barədə “Report”a İSB-dən məlumat verilib.

Sentyabrda standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 mln. manata yaxın olub.

Ötəni ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2,0% artım müşahidə edilib.

Hesabat ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2.7% artaraq 81,4 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi