Azərbaycanda icbari avtomobil sığortası bazarı zəifləyib

Azərbaycanda icbari avtomobil sığortası bazarı zəifləyib Aylıq nisbətdə bazarın həcmi 11% azalıb
Maliyyə
2 Noyabr , 2015 09:37
Azərbaycanda icbari avtomobil sığortası bazarı zəifləyib

Bakı. 2 noyabr. REPORT.AZ/ Cari ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 80 880 müqavilə qeydiyyata alınıb.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunun 12 808-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,6 mln. manat təşkil edib. Əvvəlki ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 11% azalma müşahidə olunub.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 826 744 müqavilə qeydiyyata alınıb. Bunun 145 726-nı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləği isə 65 mln. manat olub.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6%, sığorta haqlarının məbləğində isə 10% artım müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi