Azərbaycanda icbarı auditdən yayınma 98%-ə çatır

Azərbaycanda icbarı auditdən yayınma 98%-ə çatır Bu ilin ilk yarısında bağlanan audit müqavilələrinin sayında 10% azalma qeydə alınıb
Maliyyə
15 Sentyabr , 2016 16:49
Azərbaycanda icbarı auditdən yayınma 98%-ə çatır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda auditor xidmətinin göstərilməsinə dair müqavilələrin sayı azalmağa başlayıb.

Auditorlar Palatasından "Report"a verilən xəbərə görə, bu ilin birinci yarısında auditor xidmətinin göstərilməsinə dair 2 042 ədəd müqavilə imzalanıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayında 10% azalma qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda məcburi auditdən keçmə səviyyəsi aşağıdır. 2015-ci ildə Azərbaycanda 67 500 məcburi audit subyekti olub ki, bunun da yalnız 1 458-i auditdən keçib. Belə ki, auditdən keçməli olan subyektlərin 97,8%-i auditdən yayınıb.

Son xəbərlər

Orphus sistemi