Azərbaycanda I yarımillikdə 476 min avtonəqliyyat vasitəsi icbari sığortalanıb

Azərbaycanda I yarımillikdə 476 min avtonəqliyyat vasitəsi icbari sığortalanıb Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 20% artıb
Maliyyə
1 İyul , 2015 16:24
Azərbaycanda I yarımillikdə 476 min avtonəqliyyat vasitəsi icbari sığortalanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78 396 müqavilə qeydiyyata alınıb.

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, bunun 13 769-u xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,3 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilib.

Cari ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 476 minə yaxın sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 36,4 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi