Azərbaycanda İslam kreditləşməsi 120 mln. dolları ötüb

Azərbaycanda İslam kreditləşməsi 120 mln. dolları ötüb İslam bankçılığı Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda da inkişaf etdirilir
Maliyyə
27 May , 2015 15:33
Azərbaycanda İslam kreditləşməsi 120 mln. dolları ötüb

Bakı. 27 may. REPORT.AZ/ Rusiyada İslam bankçılığı xidmətlərini "Ak Bars" Bank təklif edir ki, onun da "Murabaha" sindikatlaşdırılmış kreditinin həcmi 2011-ci ildə 60 mln. dollar, 2013-cü ildə isə 100 mln. dollar olub. "Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan Maliyyə İnnovasiyaları Forumunda çıxış edən "Bank Standard" QSC-nin nümayəndəsi Hikmət Əliyev deyib. 

H.Əliyevin sölərinə görə, Azərbaycanda İslam kreditləşməsinin həcmi 2014-cü ildə 120 mln. dollardan çox olub: "Beynəlxalq Bankın operatorluğu ilə İslam pəncərəsi 2012-ci ilin avqustundan fəaliyyət göstərir. 2014-cü ilin sonuna qədər aktivlərin həcmi 300 mln. dolları keçib".

H.Əliyev Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda da bu növ alternativ maliyyələşmənin inkişaf etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi