Yuxarı
    Bağlamaq

    Azərbaycanda I rübdə əsas kapitala yatırım 63% artıb

    Əsas kapitala yönəldilmiş vəsaitin 70%-i bilavasitə tikinti-quraşdırma işlərinə xərclənib

    Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 876,8 mln. manat məbləğində vəsait yönəldilib. Bu, illik müqayisədə 62,7% çoxdur. “Report” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2016-cı ilin birinci rübü ilə bağlı açıqladığı hesabatda qeyd edilir.

    Məlumata görə, istifadə olunmuş vəsaitin 2 529,7 mln. manatı və ya 87,9%-i məhsul istehsalı obyektləri, 222,1 mln. manatı və ya 7,7%-i xidmət sahələri üzrə obyektlərin, 125,0 mln. manatı və ya 4,4%-i isə ümumi sahəsi 334,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

    Əsas kapitala yönəldilmiş vəsaitlərin 900,9 mln. manatını və ya 31,3%-ni daxili vəsaitlər təşkil edib.

    Əsas kapitala yönəldilmiş vəsaitin 2 013,4 mln. manatı və ya 70,0%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi