Yuxarı

Azərbaycanda həyat sığortası ilə bağlı təkliflər hazırlanır

Həyat sığortası şirkətlərinin məcmu kapitalının yeni hesablanma qaydaları ilə bağlı təkliflər hazırlanır

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Həyat sığortası Komitəsinin növbəti iclası keçirilib. "Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, görüşdə həyat sığortası şirkətlərinin məcmu kapitalının, həmçinin həyat sığortası üzrə tarif dərəcələrinin yeni qayda ilə hesablanması ilə bağlı müzakirələr aparılıb, hər iki mövzu üzrə təkliflərin hazırlanaraq növbəti görüşdə Komitəyə təqdim olunması qərara alnıb.

İclasda Həyat sığortası Komitəsinin sədri, "Paşa Həyat” sığorta şirkəti İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, həmçinin həyat sığortası sahəsində fəaliyyət göstərən “Atəşgah Həyat”, “Paşa Həyat” və “Qala Həyat” sığorta şirkətlərinin aktuarları, maliyyə məsələləri üzrə məsul şəxsləri iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi