Azərbaycanda hər il nizamnamə kapitalı artırılan bəzi dövlət şirkətlərinin özəlləşdirilməsi tövsiyə olunur

Azərbaycanda hər il nizamnamə kapitalı artırılan bəzi dövlət şirkətlərinin özəlləşdirilməsi tövsiyə olunur Bakı. 1 iyun. REPORT.AZ/ Hər il nizamnamə kapitalı artırılan bəzi dövlət şirkətlərinin özəlləşdirilməsinin nəzərdən keçirilməsi və ilkin ictimai yerləşdirmə (IPO) vasitəsilə kapitalın müəyyən hissəsinin özəl şirkətlərə satılması tövsiyə olunur.
Maliyyə
1 İyun , 2018 12:09
Azərbaycanda hər il nizamnamə kapitalı artırılan bəzi dövlət şirkətlərinin özəlləşdirilməsi tövsiyə olunur
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Hər il nizamnamə kapitalı artırılan bəzi dövlət şirkətlərinin özəlləşdirilməsinin nəzərdən keçirilməsi və ilkin ictimai yerləşdirmə (IPO) vasitəsilə kapitalın müəyyən hissəsinin özəl şirkətlərə satılması tövsiyə olunur.

“Report” xəbər verir ki, bu təkliflə Hesablama Palatası çıxış edib. 

“Dövlət investisiyalarından səmərəli istifadə etmək, həmçinin kapital bazarlarının inkişafı məqsədi ilə dövlət əsaslı vəsait qoyuluşu hesabına hər il nizamnamə kapitalı artırılan bəzi dövlət şirkətlərinin özəlləşdirilməsinin nəzərdən keçirilməsini və ilkin ictimai yerləşdirmə (IPO) vasitəsilə kapitalın müəyyən hissəsinin özəl şirkətlər satılması və yeni vəsaitlərin cəlb edilməsini tövsiyyə edirik, ”- qurumun təklifində qeyd olunub. 

Palatanın digər tövsiyəsi isə Dövlət İnvestisiya Proqramının (DİP) tərtibi sisteminin yenidən nəzərdən keçirilməsini və ölkənin spesifik əhəmiyyətli sahələrinin növbəti illərin DİP-lərdə nəzərə alınmasını nəzərdə tutur.

Bundan əlavə, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan Dövlət Neft Fondunun sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə üstünlük verməsi və qeyri-neft sənaye müəssisələrinin yaradılmasına investisiya yönəldilməsinin nəzərdən keçirilməsi tövsiyə olunur. 

Son xəbərlər

Orphus sistemi