Yuxarı

Azərbaycanda hakimlərin sayının iki dəfə artırılması təklif olunur

Azərbaycanda hakimlərin sayının iki dəfə artırılması təklif olunur

Bakı. 13 noyabr. REPORT.AZ/ "Azərbaycanda hakimlərin sayı iki dəfə artırılmalıdır. Bunun üçün də digər sahələrə ayrılan vəsait məhdudlaşdırılmalı və həmin vəsait bu sahəyə yönləndirilməlidir".

"Report"un xəbərinə görə, bu təkliflə deputat Qüdrət Həsənquliyev 2018-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisin 5 komitəsinin birgə iclasında müzakirəsi zamanı çıxış edib.

"Hazırda ölkədə 555 hakim ştatı var ki, onlardan 49-u vakantdır. Azərbaycanda min nəfərə düşən hakim sayı Avropa ölkələrindən çox geri qalır. Hakimlərin sayı iki dəfə artırılmalıdır. Bunun üçün də vəsait ayrılmaldıır. Başqa sahələrdən vəsaiti kəsmək olar. İdman obyektərini tikintisini təxirə salmaq olar. Həmçinin, yeni səhiyyə və təhsil obyektərinin tikintisinə büdcədən vəsait ayırmaq əvəzinə, bu obyektlərin özəlləşdiriməsi daha məqsəduyğundur."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi