Yuxarı

Azərbaycanda dekabrda toplanan gömrük rüsumlarının həcmi kəskin azalıb

Dövlət büdcəsinin gömrük orqanları üzrə daxilolmaları 5% artıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 132,036 mln. manat həcmində vergi daxil olub ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,2% çoxdur. "Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 15,316 mln. manat yaxud 37% azalaraq 26,087 mln. manat olub.

Hesabatda həmçinin bildirilir ki, dekabrda ƏDV-nin həcmi 22,8 mln. manat və ya 30,2% artaraq 98,43 mln. manat, aksizlər 1,249 mln. manat yaxud 17,8% azalaraq 5,785 mln. manat, yol vergisi üzrə daxilolmalar 0,3 mln. manat və ya 20,8% artaraq 1,735 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi