Yuxarı
    Bağlamaq

    Azərbaycanda geniş pul kütləsi 6% azalıb

    Manatla geniş pul kütləsi isə bu ilin ilk ayında 8% azalıb

    Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2016-cı il fevral ayının 1-nə 19 964,6 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi yanvarın 1-nə nisbətən 1 354 mln. manat və ya 6,35% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 603,9 mln. manat və ya 2,9% azalıb. 

    Əhalinin əmanətlərinin xarici valyutaya çevirməsinə baxmayaraq, geniş pul kütləsinin azalması əhalinin əmanətlərini banklardan çəkməsi ilə izah olunur. Əks halda, manatın devalvasiyası nəticəsində manat ekvivalentində artan xarici valyutada əmanətlərin həcmi geniş pul kütləsinə müsbət təsir göstərməli idi.

    Manatla geniş mənada pul kütləsi fevralın 1-nə 7 936.5 mln. manat təşkil edib. Bu, yanvarın 1-nə olan analoji göstəricidən 676,6 mln. manat və ya 7,9% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə manatla geniş pul kütləsi 8 299,9 mln. manat və ya 51,1% azalıb. Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi ən maksimal səviyyəsinə 2014-cü ilin noyabrında çatıb və 17, 525,2 mln. manat təşkil edib. Hazırda isə bu göstərici tarixi maksimal səviyyəsindən 9 588,7 mln. manat və ya 54,7% aşağıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi