Yuxarı

​Azərbaycanda geniş mənada pul kütləsi yanvarda azalıb

AMB-nin rəsmi beynəlxalq ehtiyatları 8% azalıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasət göstəricilərində bu ilin yanvar ayında ciddi dəyişikliklər baş verib. Geniş mənada pul kütləsi (M3 aqreqatı) 4,63% və ya təxminən 1 mlrd. manat azalaraq 20,568 mlrd. manata enib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, M2 aqreqatı (manatla pul kütləsi) 1,2 mlrd. manat - 16,236 mlrd. manata qədər azalsa da, valyuta depozitləri 200 mln. dollar - 4,331 mlrd. dollara qədər artıb. Yanvarda manatla depozitlər 400 mln. manat (6,890 mlrd. manatadək), əhalidəki nağd pul isə 800 mln. manat (9,347 mlrd. manatadək) azalıb.

Pul bazası da 1 mlrd. manat azalaraq 10,5 mlrd. manata enib və nəticədə M3 multiplikatoru bir qədər artaraq 1,9-a çatıb, M2 pul multiplikatoru isə sabit qalıb və 1,5-ə bərabər olub.

AMB-nin rəsmi beynəlxalq ehtiyatları 1,1 mlrd. dollar və ya 8% azalaraq 12,68 mlrd. dollara enib. Manatın dövretmə sürəti də əhəmiyyətli dərəcədə azalaraq 2010-cu ildən bu yana ilk dəfə 3 əmsalından aşağı - 2,68 həddinə düşüb.

Hesabat ayında kommersiya banklarının məcburi ehtiyatları 37,72% azalaraq 228 mln. manatdan 142 mln. manata enib. Bu, ölkə iqtisadiyyatı və istehlak bazarının kreditləşməsi prosesinin kəskin zəifləməsi ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi