Azərbaycanda gələn ildən XÖHKS-də elektron imzadan istifadə olunacaq

Azərbaycanda gələn ildən XÖHKS-də elektron imzadan istifadə olunacaq Bununla yanaşı, "Kart ödənişləri üzrə Milli Şəbəkə"nin yaradılması planlaşdırılır
Maliyyə
20 Noyabr , 2015 17:47
Azərbaycanda gələn ildən XÖHKS-də elektron imzadan istifadə olunacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Növbəti ildə Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemində (XÖHKS) beynəlxalq təcrübədə geniş tətbiq olunan “birbaşa debetləşmə” ödəniş alətinin istifadəsi üçün müvafiq funksional imkanın yaradılması, sistemdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəzi Bankın (AMB) Bank Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imzadan istifadəsinə başlanılacaq.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, Bankın ödəniş sistemləri üzrə fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsidir.

“Milli Ödəniş Sisteminin modernizasiyası Layihəsi" çərçivəsində ödəniş sistemlərinin təhlükəsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə AMB-nin mövcud ehtiyat mərkəz infrastrukturu müasir standartlar əsasında təkmilləşdiriləcək.

Mərkəzi Bank tərəfindən pərakəndə nağdsız ödənişlərin inkişafı üzrə həyata keçirilən digər mühüm layihə “Kart ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılmasıdır. Bu layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi ilə aparılan əməliyyatların effektivliyinin artırılmasını və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin edəcək. Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeys (əlaqə) yaradılacaq və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi